Domen və hostinq xidmətləri

onlayn

  • .edu.az
  • .az
  • .int.az
  • .name.az
  • .net.az
  • .pp.az
  • .org.az
  • .com.az
  • .biz.az
  • .info.az
  • .co.az

Daxil olma, Qeydiyyat. Şifrəni unutduz?

Qeydiyyat

Elektron poçt ünvanı
Şifrə
Soyad
Ad
Atasının adı
İstifadəçinin növü
Şəxsiyyət vəsiqəsi:
Şəxsiyyət vəsiqəsinin Pin Kodu
VÖEN
Təşkilatın adı
Ölkə
Şəhər
Poçt indeksi
Ünvan
Telefon
Faks
Xidmətdən istifadə və domenlərin qeydiyyatı şərtləri
1. Ümumi müddəalar

1.1. Hazırkı Şərtlər Azərbaycan Respublikası ərazisində .AZ ölkə kodlu domen adların onlayn qeydiyyatı qaydalarını və şərtlərini əhatə edir.

1.2. .AZ ölkə kodlu domen adların domen adların onlayn qeydiyyatı .az domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tətbiq edilir.

2. Qeydİyyat proseduru

2.1. .AZ zonasında domen adların onlayn qeydiyyatı (bundan sonra “domen adın onlayn qeydiyyatı”)yalnız Azərbaycan Respublikası ərazisindən və bu məqsədlər üçün yaradılmış www.smarthost.az saytı vasitəsilə mümkündür.

2.2. Domen adın onlayn qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsinə uyğun olaraq Sifarişçi tərəfindən hazırkı ümumi oferta müqaviləsinin şərtlərinin qəbulu, tələb olunan məlumatların və sənədlərin təqdim edilməsi, domen adının qeydiyyatı və illik dəstək haqqının ödənilməsi vasitəsi ilə Qeydiyyatçı tərəfindən həyata keçirilir.

2.3. Sifarişçi domen ad seçərkən digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmamalı, o cümlədən:

- domen adlar eyni mallar və ya xidmətlərə görə firma adları və əmtəə nişanları ilə eynilik təşkil etməməli;

- domen ad və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanını təkrarlamamalı, ona oxşadılmamalı;

- müvafiq səlahiyyətə malik olmadan rəsmi və ictimai şəxslərin, təşkilatların adından istifadə etməməlidir;

- digər şəxslərin hüquqlarını və qanuni mənafelərini poza bilən başqa hərəkətlər.

2.4. Sifarişçi www.smarthost.az saytda qeydiyyatdan keçdikdən sonra domen adını seçərək kredit card vasitəsi ilə onlayn ödəniş edir və ya bu Şərtlərin 5.1-ci maddəsində nəzərdə tutulmuş digər üsullar ilə.

2.5. Qeydiyyat Qeydiyyatçı tərəfindən qəbul edildikdən sonra ən geci 3(üç) gün müddətində emal olunur. Qeydiyyat hazırkı ümumi oferta müqaviləsinin şərtlərinə zidd olan halda qeydiyyat ləğv olunur və ödənilmiş məbləğ Sifarişçiyə geri qaytarılır.

2.6. Sifarişçi aşağıda sadalananlara görə məsuliyyət daşıyır:

- Ərizədə göstərilən məlumatların düzgün, tam və həqiqi olmamasına görə;

- Ərizəyə yanlış və saxta məlumatların daxil edilməsinə, o cümlədən özünü başqa şəxs kimi təqdim edilməsinə görə;

- domen adın qeydiyyatı və istifadəsi zamanı Qeydiyyatçının və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmalarına görə;

- qanunvericiliklə və tərəflər arasında imzalanan Müqavilədə, habelə Qeydiyyatçının qəbul etdiyi Şərtlərdə və digər sənədlərdə nəzərdə tutulan digər hallarda;

2.7. Qeydiyyatçı və Sifarişçi domen adın qeydiyyatı zamanı təqdim etdiyi məlumatlarda (rekvizitlər, əlaqə məlumatları və s.) olan bütün dəyişikliklər barədə 5 (beş) iş günü ərzində bir-birini xəbərdar etməyə borcludular. Hazırki tələbin icra edilməməsi domen adın qeydiyyatı barədə müqaviləyə xitam verilməsi və ya domen adına fəaliyyətinin dayandırılması üçün əsas ola bilər.

2.8. Sifarişçinin təqdim etdiyi məlumatların, sənədlərin və digər informasiyaların yoxlanılması Qeydiyyatçının vəzifəsinə aid deyil və bu məlumatların yoxlanılması hüququnu öz üzərində saxlayır. Belə məlumatların yoxlanılması zərurəti meydana gələrsə Sifarişçi Qeydiyyatçının təqdim etdiyi Bildirişinə əsasən 5 (beş) iş günü ərzində təqdim etdiyi məlumatların həqiqiliyini təsdiq edən sənədləri təqdim etməlidir.

2.9. Domen adının qeydiyyatı zamanı Sifarişçi tərəfindən təqdim edilmiş və reyestrə daxil edilmiş məlumatın düzgün (dəqiq) olmadığını aşkar olunarsa Qeydiyyatçı bu Şərtlərin 7.5-ci bəndinə əsasən müvafiq tədbirlər görə bilər.

2.10. Sifarişçi təqdim etdiyi məlumatlarda dəyişikliklər baş verdikdə bu barədə 7 (yeddi) iş günü ərzində Qeydiyyatçıya xəbər verməlidir.

3. Domen adların qeydİyyatı zamanı İrəlİ sürülən tələblər

3.1. Sifarişçi domen adın fəaliyyət göstərməsini təmin etmək üçün həftənin bütün günlərinin tam 24 saatında etibarlı olan ən azı 2 (əsas və ehtiyat) DNS serverin (primary və secondary DNS server) texniki məlumatlarını təqdim etməlidir. Qeydiyyatçı domen adın qeydiyyat müddəti ərzində DNS serverlərin fəaliyyət göstərməsini yoxlaya bilər.

3.2. Domen adının seçimində aşağıdakı tələblərə riayət edilməlidir:

- Domen ad ən azı 3 və ən çoxu 63 simvoldan ibarət ola bilər;

- Domen ad yalnız ingilis hərflərindən, ərəb rəqəmlərindən (0-dan 9-dək) və defis (-) işarəsindən ibarət ola bilər;

- Domen adın başlanğıcında və sonunda defis işarəsi (-) ola bilməz;

- Domen adında iki ardıcıl defis (-) işarəsi ola bilməz.

3.3. Domen adının seçilməsi zamanı Sifarişçilərə rəsmi adına və fəaliyyət istiqamətinə və ya Sifarişçinin həyata keçirəcəyi layihənin mahiyyətinə uyğun olan domen adın seçilməsi tövsiyə edilir.

3.4. Domen adın seçilməsi zamanı Sifarişçi coğrafi adlardan və ya tanınmış əmtəə nişanlarından, müvafiq səlahiyyətə malik olmadan rəsmi və ictimai şəxslərin, təşkilatların adından istifadə etməməlidir.

4. Domen adın qeydiyyatından imtina edİlməsi

4.1. Domen adın qeydiyyatından aşağıdakı hallarda imtina edilə bilər (o cümlədən qeydiyyata alınmış domen ad ləğv oluna bilər):

- Domen adında ictimai qaydaya, mənəviyyata və ya əxlaqa zidd söz və ya ifadələr işlədildikdə;

- “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulduqda;

- bu Şərtlərin 2.3-cü maddəsinin tələbləri pozulduqda

- tanınmış şəxslərin və ya onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr domen adında istifadə olunduqda (tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır)

- domen adında taypskvotinq və ya kiberskvotinq əlamətləri mövcud olduqda.

4.2. Qeydiyyatçı domen adının qeydiyyata alınmasından imtina barədə qərar qəbul etdikdə bu barədə Sifarişçiyə 3 iş günü müddətində məlumat göndərir. Qərardan Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

5. Qeydİyyat və texnikİi müşayiət haqqının ödənilməsi

5.1. Sifarişçi domen adın qeydiyyat və texniki müşayiət haqqının ödənilməsini aşağıdakı üsullardan istifadə etməklə həyata keçirə bilər:

- kredit kartı vasitəsilə

- bank köçürməsi yolu ilə

- tərəflərin müəyyən etdiyi digər ödəmə formalarında

5.2. Qeydiyyatçı ödəmə formasının seçilməsinə, o cümlədən bu xidmətin keyfiyyətinə və göstərilməsinə görə məsuliyyət daşımır.

6. Domen ad qeydİyyatından suİ-İstİfadə

6.1. Domen adın aşağıdakı məqsədlər üçün əldə edilməsi qadağandır:

- kiberskvotinq, yəni, gələcəkdə satışını həyata keçirmək məqsədi ilə başqasına aid olan ticarət markasının və ya əmtəə nişanının adına və ya digər sui-istifadə halları ilə nəticələnən domen adların əldə edilməsi

- Tanınmış saytların, ticarət markalarının və ya əmtəə nişanlarının adına oxşar olan domen adların əldə edilməsi

- Satış məqsədilə domen adların əldə edilməsi

7. Domen adın yenİdən qeydİyyatı

7.1. Domen adın qeydiyyat müddətinin bitməsinə 1 ay qalmış Qeydiyyatçı Sifarişçiyə qeydiyyat müddətinin bitməsi və qeydiyyat müddətinin (müqavilə müddətinin) uzadılması barədə sorğu göndərir. Sorğunu qəbul edən Sifarişçi Qeydiyyatçıya müraciət etməklə domen adın qeydiyyatını müqavilədə göstərilən dövr müddətinə uzada bilər. Müqavilənin müddəti uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. Domen adın qeydiyyatı müqaviləsinin müddəti bitdikdən sonra domen adına "Pending delete" statusu verilir və domen deaktiv olunur, 30 kalendar günü ərzində domen adı uzadılması haqqında müraciət daxil olmadıqda eydiyyatçı domen adın qeydiyyatını ləğv edir və domen yenidən qeydiyyat üçün açıq olur edilir.

8. Domen adlardan İstİfadə

8.1. Domen adlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edilməlidir.

8.2. Hazırkı Şərtlər Sifarişçi tərəfindən domen adın subdomeninin yaradılması və istifadəsi hallarına da şamil edilir. Subdomenin yaradılmasına görə Qeydiyyatçıya haqq ödənilmir.

8.3. Qeydiyyatçı domen adların istifadəsi ilə bağlı Sifarişçi və üçüncü şəxslər arasında yaranan münasibətlərdə iştirak etmir və onlar çyaranan hər hansı nəticələrə görə məsuliyyət daşımır.

8.4. İstifadədə olan domen adının qeydiyyatının dəyişdirilərək üçüncü şəxsin adına qeydiyyata alınması həm sifarişçinin, həm də adına domen qeydiyyata alınacaq şəxsin müvafiq ərizə ilə qeydiyyatçıya müraciəti əsasında mümkündür. Belə bir müraciət olduğu halda sifarişçi ilə müqavilə ləğv edilə və üçüncü şəxs ilə yeni qeydiyyat müqaviləsi bağlana bilər.

8.5. Domen adın qeydiyyatının vaxtından əvvəl ləğv edilməsi və ya texniki müşayiəti dayandırılması aşağıdakı hallarda baş verə bilər:

- Sifarişçinin yazılı müraciətinə əsasən;

- qeydiyyata alınmış domen adında kiberskvotinq və ya taypskvotinq əlamətləri aşkar olunarsa;

- bu Şərtlərin tələbləri pozulduğu təqdirdə;

- Qeydiyyatçı ilə Sifarişçi arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda;

- məhkəmənin və ya səlahiyyətli dövlət orqanlarının qərarı ilə;

- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

8.6. Domen adın qeydiyyatı həmçinin Sifarişçinin yazılı müraciəti əsasında, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə müvafiq surətdə və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda ləğv edilə bilər.

8.7. Qeydiyyatçı domen adın qeydiyyatının vaxtından əvvəl ləğv edilməsi və ya domen adın texniki müşayiətinin dayandırılması barədə məlumatı bu barədə qərar qəbul edildikdən sonra 2 iş günü ərzində Sifarişçiyə göndərir.

8.8. Domen adın texniki müşayiətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda Qeydiyyatçı 24 saat müddətində domen adın texniki müşayiətini bərpa edir.

8.9. Qeydiyyatçının domen adının qeydiyyatının vaxtından əvvəl ləğv etməsi və ya domen adının texniki xidmətinin dayandırması barədə qərarından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

8.10. Domen adın qeydiyyatının ləğv olunması anında Sifarişçinin onun istifadəsindən yaranan və/və ya onunla əlaqədar hüquqlarına da xitam verilir.

9. yekun müddəalar

9.1. Qeydiyyatçı və Sifarişçi bu Şərtlərin tələblərini pozduqda qanunvericiliyə və tərəflər arasında imzalanmış Müqaviləyə uyğun məsuliyyət daşıyırlar.

9.2. Bu Şərtlərdə əhatə olunmayan münasibətlər Qeydiyyatçı ilə Sifarişçi arasında bağlanan müqavilədə öz əksini tapa bilər. Tərəflər bu müqavilənin şərtlərini riayət etməyə borcludurlar.

9.3. Hazırki Şərtlər domen adların onlayn qeydiyyatı prosesini səmərələşdirmək məqsədilə, o cümlədən bu sahədə yaranan təcrübəni nəzərə alaraq QEYDİYYATÇI tərəfindən istənilən vaxt birtərəfli qaydada dəyişdirilə bilər.

9.4. Hazırki Şərtlərin son versiyası www.smarthost.az ünvanında yerləşdirilir.

Hostingləri və .AZ domenləri onlayn rejimində eldə edin.

Domen və hostinglərin konfigurasiyasını birbaşa saytda redaktə edə bilərsiz.

Problem yaranan hallarda dəstək xidmətimizə müraciət edin!

Bizi seçiblər
© 2014-2024 Smarthost.az
Bütün hüquqlar qorunur.
Şərtlər və Qaydalar
Telefon: (+994) 12 505-51-69, (+994) 50 225-17-05
E-mail: info@smarthost.az
Ünvan: Bakı şəh., AZ1008, T. Şıxaliyeva küç.20